Hadisə

Azərbaycanda federasiya rəsmisi qəfil vəfat etdi

Azərbaycanda federasiya rəsmisi qəfil vəfat etdi

Azərbaycan qılıncoynatma ailəsinə ağır itki üz verib.

Demokrat.azxəbər verir ki, bu barədə Azərbaycan Qılıncoynatma Federasiyası məlumat yayıb.

Bildirilib ki, ötən gün Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Fərhad Kasimov 61 yaşında dünyasını dəyişib.

"Azərbaycan Qılıncoynatma Federasiyasının kollektivi mərhumun ailə üzvlərinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirik. Allah rəhmət eləsin!", - deyə qeyd olunub.

D
demokrat.az