Gündəm

Niyazi Mehdi harda dəfn olunacaq?

Niyazi Mehdi harda dəfn olunacaq?

Tanınmış filosof, fəlsəfə elmləri doktoru Niyazi Mehdi Məştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya açıqlamasında Niyazi Mehdinin ailə üzvləri bildirib.

Niyazi Mehdi ilə vida mərasimi Təzə Pir Məscidində keçiriləcək. Ailə üzvləri bildirib ki, Niyazi Mehdi saat 14:00-da dəfn olunacaq.

Qeyd edək ki, uzun zamandır ki, səhhətində problemlər yaranan professor Niyazi Mehdi ötən gecə Mərkəzi Gömrük Xəstəxanasında ürək əməliyyatı keçirib. O, əməliyyatdan sonra dünyasını dəyişib.

NE
Nihadə Eyyubova