Siyasət

Məzahir Pənahov şikayət daxil olan dairələrin adlarını AÇIQLADI

Məzahir Pənahov şikayət daxil olan dairələrin adlarını AÇIQLADI

Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar daxil olan müraciətlərə baxıb.

Demokrat.azxəbər verir ki, qurumun bu gün keçirilən iclasında əvvəlcə şikayətlərin hansı seçki dairələrindən daxil olduğu barədə məlumat verilib.

Bildirilib ki, MSK-ya 8 dairə seçki komissiyasından şikayət daxil olub:

56 saylı Şabran-Xaçmaz DSK (2 şikayət),

67 saylı Sabirabad DSK,

68 saylı Sabirabad-Şirvan DSK,

72 saylı Cəlilabad kənd DSK,

81 saylı İmişli DSK,

82 saylı İmişli-Saatlı DSK,

85 saylı Füzuli-Ağcabədi DSK,

86 saylı Ağcabədi DSK.

Müraciətlər baxılması üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına göndərilib.

NE
Nihadə Eyyubova