Lənkəranda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti müəyyənləşib.
"Report"un Cənub bürosunun məlumatına görə, bu gün Lənkəranda baş verən yol qəzasında xəsarət alan şəxslər aşağıdakılardır:
1. Kərimova Akifə Aşur - 1965 2. Ramazanzadə Xəqani Fizuli - 1991 3. Manafova Jalə Xankişi - 1989 4. Cəfərova Günay Natiq - 1982 5. Əliyeva Gülnar Şəmşir - 1985 6. Qəmbərov Yusif İbrahim - 1968 7. Hüseynov Cəvahir Rövşən - 2008 8. Bayramova Ulduz Sədaqət - 1989 9. Xudaverdiyev Səttar Ramin - 2003 10. Axundzadə Könül Xaliq - 2002 11. Əlizadə Əlifağa Xudu - 1995 12. Allahverdiyeva Rüqǝyya Ramil 2016 13. Ağazadə Yusif Vüqar - 2013 14. Hüseynova Sevda Qurban - 1992 15. Zəkiyeva Ülkər Maksud - 1994 16. Məmmədova Aygün Şamil - 1963 17. Xudaveridiyeva Nuridə - 1979 18. Əkbərov Çingiz Əşrəf - 1984 19.Əkbərzadə Maksum Şahid - 2002 20. Əliyeva Nuranə Rafiq -1981 21. Əhmədova Nazilə Cəfər - 1955 22. Babayeva Arzu Azad - 1985 23. Rüstəmov Hümmət Fizuli - 1975
***14:51
Lənkəranda baş verən yol qəzasında xəsarət alanların sayı artıb.
TƏBİB-dən “Report”un Cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yanvarın 28-i saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir.
Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.
***14:10
Lənkəran-Boradigah-Masallı yolunda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
“Report”un Cənub bürosunun məlumatına görə, sözügedən yolun Lənkəran şəhərindəki yanacaqdoldurma məntəqələrindən birinin yaxınlığında baş verən qəzada xəsarət alanların olduğu bildirilib.
İlkin informasiyaya əsasən, sərnişin avtobusunun minik maşınının üzərinə aşması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 13 nəfər Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.


