Sosial

Bakıda yağış intensivləşəcək — XƏBƏRDARLIQ

Bakıda yağış intensivləşəcək — XƏBƏRDARLIQ

Azərbaycanda yanvarın 7-si axşamdan 8-i gündüzədək ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Demokrat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən Bakıda və Abşeron yarımadasında yanvarın 7-si axşamdan 8-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın bəzi şərq rayonlarında yanvarın 7-dən 8-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

NE
Nihadə Eyyubova