Aktyor Azər Baxşəliyevinson durumu açıqlanıb.
ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova Demokrat.az-a bildirib ki, aktyorunümumi vəziyyətində geridönməz proseslər baş verib:
"Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, xəstənin ümumi vəziyyətində geridönməz proseslər baş verib.Poliorqan çatışmazlığı səbəbindənorqanizm yaşama qabiliyyətini itirib.Bu səbəbdən Azər Baxşaliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə bu gün evə aparılır".
Qeyd edək ki,Azər böyrək çatışmazlığından əziyyət çəkirdi. O, bir dəfə əməliyyat olunmuş və anasınınböyrəyi köçürülmüşdü. Azər bir müddət əvvəl yenidən əməliyyat olunacağını açıqlamışdı. Aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi.


