Region

İran aviaşirkəti ilk dəfə qadınlardan ibarət uçuş həyata keçirib

İran aviaşirkəti ilk dəfə qadınlardan ibarət uçuş həyata keçirib

Aseman Hava Yolları İranda ilk qadın uçuşunu həyata keçirib.

Bu barədə yerli IRNA agentliyi yazıb.

Təyyarənin ölkənin şimal-şərqindəki Məşəd şəhərinə uçduğu bildirilir. Onu İranın ilk qadın pilotu Şəhrzad Şəms idarə edib. Təyyarədə 110 sərnişin olub.

Mənbənin sözlərinə görə, uçuş dekabrın 22-də, İranın bu il Analar Gününü qeyd etdiyi vaxt baş verib. Bu tarix Məhəmməd peyğəmbərin qızı Fatimeyi-Zəhranın anadan olmasının ildönümünə təsadüf edir.(qafqazinfo.az)

NE
Nihadə Eyyubova