Dünya

Əfqanıstanda mədən uçqunu: Onlarla insan yerin altında qalıb

Əfqanıstanda mədən uçqunu: Onlarla insan yerin altında qalıb

Əfqanıstanın şimalında, Samanqan əyalətinin Dara Sof rayonunda kömür mədəninin çökməsi nəticəsində azı 35 nəfər yerin altında qalıb.

Oxu.Azxəbər verir ki, bu barədə "Etilaatroz" qəzeti məlumat yayıb.

Məlumata görə, hazırda dağıntılar altında qalanların taleyi məlum deyil.

Hadisə yerinə tibb qrupları və təcili yardım maşınları göndərilib.

NE
Nihadə Eyyubova