Dünya Özəl

Hakan Fidan hərbi sərgidə İsraillə bağlı suala niyə cavab vermədi? — VİDEO

Hakan Fidan hərbi sərgidə İsraillə bağlı suala niyə cavab vermədi? — VİDEO

Türkiyədə keçirilən "SAHA EXPO 2024" Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisini ziyarət edən xarici işlər naziri Hakan Fidan İsraillə bağlı etirazla qarşılanıb.

Demokrat.az xəbər verir ki, buna səbəb İsrailə silah tədarükü ilə tanınan İngiltərənin "BAE Systems" şirkətuinin sərgidə təmsil olunması olub.

Bir vətəndaş yarmarkada xarici işlər naziri Hakan Fidandan "BAE Systems"in bu yarmarkada nə işi var?" deyə soruşub. Hakan Fidan suala cavab verməyib, əvəzində mühafizəçilər irəli çıxıb. Nazirin mühafizəçiləri həmin şəxsi oradan uzaqlaşdırıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da "SAHA EXPO 2024" Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisində iştirak edib.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova