Kriminal

Bakıda maskalı uşaq oğrusu peyda oldu — FOTO

Bakıda maskalı uşaq oğrusu peyda oldu — FOTO

Paytaxtda uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub.

Demokrat.azxəbər verir ki, hadisə Ramana ərazisində baş verib.

Məsələ ilə bağlı Milli.Az-a bildirilib ki, uşağı oğurlamaq istəyən şəxsi görən ətrafdakı vətəndaşlar reaksiya göstərib.

Uşaq bu sayədə qaça bilib. Oğru isə qorxub ərazini tərk edib.

Azyaşlını oğurlamaq istəyən şəxsin görüntüsü təhlükəsizlik kameralarına düşüb.

Uşağın atası Seyidov Kamil Milli.Az-a bildirib ki, onun 4 yaşı var, uşaq özü qaçaraq məlumat verib. Hazırda polis idarəsindədirlər, araşdırma aparılır.

Bakıda maskalı uşaq oğrusu peyda oldu — FOTO

NE
Nihadə Eyyubova