Dünya

"​İran İsrailin mümkün hücumuna hazırdır" — Abbas Əraqçi

​İran İsrailin mümkün hücumuna hazırdır — Abbas Əraqçi

İran İsrailin mümkün hücumuna hazırdır və dərhal cavab verəcək.

Demokrat.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi NTV-yə verdiyi müsahibədə bəyan edib.

Nazir bildirib ki, İran hər an cavab verməyə hazırdır, lakin bu vəziyyətin yaranmamasını ümid edirlər.

Xatırladaq ki, oktyabrın 1-də İran, İsrailin HƏMAS, “Hizbullah” və İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyinə qarşı hücumlarına cavab olaraq kütləvi raket zərbələri endirmişdi. İsrail isə hücuma cavab verəcəyini vəd edib.

NE
Nihadə Eyyubova