Hadisə

Bakıda avtobus piyadanı vurdu

Bakıda avtobus piyadanı vurdu

Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Demokrat.azxəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

Belə ki, 1956-ci il təvəllüdlü Böyükxanım İldırım qızı Rzayeva yol kənarında olarkən sərnişin avtobusu onu vurub. Qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar. (APA)

D
demokrat.az