Tezliklə yayımlanacaq bir yeniləmədən sonra “WhatsApp”-ın oktyabrın 1-dən etibarən bəzi telefon modellərində istifadə üçün bağlanacağı ilə bağlı məlumatlar yayılıb.
Demokrat.az xəbər verir ki, bloklandığı iddia edilən cihazlar arasında "iPhone 7 və iPhone 7 Plus" modelləri də var.
Belə ki, “WhatsApp”-ın qarşıdan gələn yeniləməsi göstərilən cihazlarda istifadəyə mane olmayacaq.
iPhone 7 modelləri üçün ən son əməliyyat sistemi yeniləməsinin iOS 15 olduğunu nəzərə alsaq, “WhatsApp” iOS 12 və daha yuxarı versiyaları dəstəkləyən cihazlarda işləməyə davam edəcək.
Mehriban Mirzəzadə Demokrat.az


