Dünya Özəl

BMT İsrail və Livana çağırış etdi

BMT İsrail və Livana çağırış etdi

BMT İsrail və Livan arasında vəziyyətin gərginləşməsindən, xüsusən də İsrailin Beyruta endirdiyi hava hücumundan son dərəcə narahatdır və bütün tərəfləri maksimum təmkinli olmağa çağırır.

Demokrat.az xəbər verir ki, bunu BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“İsrail-Livan sərhədindəki eskalasiyadan, o cümlədən Beyruta ölümcül zərbədən çox narahatıq. Bütün tərəfləri dərhal deeskalasiyaya çağırırıq, hər kəs maksimum dərəcədə təmkin nümayiş etdirməlidir”, - deyə o qeyd edib.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova