Gündəm Özəl

Ermənistan Rusiyanın könlünü almağa çalışır — Politoloq

Ermənistan Rusiyanın könlünü almağa çalışır — Politoloq

Xəbər verdiyimiz kimi, oktyabr ayında Ermənistanın Tavuş vilayətində pulsuz rus dili kursları təklif edən iki yeni Rus Evi mərkəzi açılacaq.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Ermənistan bəzi addımlar ataraq Rusiyanın könlünü almağa çalışır:

“Əslində, bu baş verən hadisələr növbəti dəfə nümayiş etdirir ki, Ermənistan hakimiyyətinin içərsində Rusiyaya qarşı yaratdıqları narazılıqları aradan qaldırmağa çalışaraq, bəzi geridönüşlər etməli olduğunu anlayırlar. Paşinyanın son dövrlər Rusiya ilə bağlı verməyə çalışdığı müsbət açıqlamalar, eyni zamanda, sonuncu olaraq Tavuşda ilk rus dili mərkəzinin fəaliyyətə başlamağına şərait yaradılması hamısı Ermənistanın artan Rusiya-Ermənistan münasibətlərindəki narazılıqlarda diqqəti yayındırmaq məqsədi daşıyır. Biz bilirik ki, bu gün Fransa tərəfindən Ermənistanın silahlandırılması, ABŞ Ermənistanda hərbi təlimlər keçirməsi, bölgədə Rusiya əleyhinə də fəaliyyət göstərən Avropa İttifaqı missiyasının Ermənistan ərazilərini oyuncağa çevirməsi bütün bunlar Rusiya tərəfindən dərin narahatlıqla qarşlanır. Eyni zamanda, Ermənistan Rusiyanı patronajlığı altında olan KTMT-dən tamamilə uzaqlaşıb. Təbii ki, Rusiya hələ də Ermənistan iqtisadiyyatında aparıcı qüvvədir. Bu baxımdan da Ermənistan çalışır ki, müxtəlif humanitar və.s addımlar atmaqla Rusiyanın artan Ermənistan narazılığını bloklasın. Bunun üçün də bəzi gedişlər etməyə çalışır. Hər halda Rusiya Ermənistanın bu addımlarına baxmayaraq, Ermənistan hakimiyyətinin anti-Rusiya mahiyyətindən xəbərdardır. Hesab edirəm ki, bu tip addımlara görə, Ermənistana hazırda etdiyi siyasi təzyiqlərdə geri addım atmayacaq”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova