Hadisə

Bakı metrosunda hadisə: Sərnişinlər düşürüldü

Bakı metrosunda hadisə: Sərnişinlər düşürüldü

Bakı metropoliteninin "Nizami" stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar "Nərimanov" elektrik deposuna göndərilib.

Demokrat.az xəbər verir ki, bu barədə Bakı Metropoliteniməlumat yayıb.

Bu, "Nizami-Dərnəgül" sahəsində 2qatar arasında interval pozulmasına səbəb olub.

"Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib. Xəttə dərhal ehtiyat qatar buraxılıb", - məlumatda qeyd edilib.

NE
Nihadə Eyyubova