Sosial

Balakən sakinindən tapança götürülüb

Balakən sakinindən tapança götürülüb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat saxlayan, əvvəllər dəfələrlə məhkum olunmuş Abdülrəşid Qazaxov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokrat.az-a verilən məlumata görə, ondan bir ədəd “Makarov” tapançası, daraq və patronlar aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

NE
Nihadə Eyyubova