Region Özəl

Türkiyə Yunanıstandakı hərbi təlimlərdə iştirak edəcək

Türkiyə Yunanıstandakı hərbi təlimlərdə iştirak edəcək

Türkiyə Yunanıstanda keçirilən DYNAMIC GUARD-II/2024 Elektron Hərəkat Təliminə qatılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə təlimlərdə NATO Daimi Dəniz Xidməti Qrupu-2-de xidmət edən "TCG Yıldırım" gəmisi ilə iştirak edəcək.

Qeyd edək ki, təlimlər bu gün başlayıb və sentyabrın 6-dək davam edəcək.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova