Hadisə

İmişlidə traktor aşdı: Sürücü öldü

İmişlidə traktor aşdı: Sürücü öldü

İmişlidə traktorun aşması nəticəsində sürücü ölüb.

Demokrat.az apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun Oruclu kəndində baş verib.

Oruclu kənd sakini, 1970-ci il təvəllüdlü Fərahim Əmir oğlu Əmirov idarə etdiyi traktoru aşırıb.

Nəticədə o aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova