Türkiyənin Ankara şəhərinin Mamak rayonunda taxta və poliester fabrikində yanğın baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, küləyin təsirindən alov qısa müddətdə bütün fabriki bürüyüb. Hadisə yerinə çox sayda yanğınsöndürən, polis və təcili yardım briqadaları gəlib.
Qeyd edək ki, yanğınsöndürənlər yanğını lokallaşdırmağa çalışırlar.
Mehriban Mirzəzadə Demokrat.az


