Sosial

Biləsuvarda 5 kəndin qazı KƏSİLDİ

Biləsuvarda 5 kəndin qazı KƏSİLDİ

Biləsuvar rayonunun 5 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.

Demokrat.az-ınməlumatına görə, rayon ərazisində yerləşən “Ovçubərə” qaz paylayıcı stansiyadan qidalanan Əsgərabad kəndi istiqamətində yeraltı polietilen qaz kəmərinin kipliyə yoxlanılması üçün Ovçubərə, Amankənd, Dərvişli, Aşağı Cürəli və Əsgərabad kəndlərinin ümumilikdə 2 200 abonentinin təbii qaz təchizatı işlər yekunlaşana qədər dayandırılıb.

Qurum abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edir.

NE
Nihadə Eyyubova