Siyasət Özəl

Bu sürücülər avtomobili eynək və ya kontakt linzaları ilə idarə etməlidirlər — AÇIQLAMA

Bu sürücülər avtomobili eynək və ya kontakt linzaları ilə idarə etməlidirlər — AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda yeni nəsil sürücülük vəsiqələrinin verilməsinə başlanılıb. Bundan sonra yeni vəsiqələrin üzərində "eynək" işarəsi olacaq. Bununla sürücünün görmə qabiliyyətinin zəif, eynək taxmağının məcburi olduğu bildirələcək. Görmə qabiliyyəti zəif olan sürücülərin avtomobil idarə etməsi bəzən yollarda təhlükəli vəziyyətlər yarada bilər.

Belə riskli vəziyyətlərin bədbəxt hadisə ilə nəticələnə biləcəyi istisna deyil.

Nəqliyyat ekspeti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında bu dəyişikliyi müsbət dəyərləndirib:

“Yeni nəsil sürücülük vəsiqələrində belə işarənin qoyulmasını beynəlxalq təcrübə tələb edir. Azərbaycan da bu təcrübədən yararlanaraq hərəkət iştirakçılarının rahatlığını, nəqliyyatda inkişafı təmin edir. Bu həm də yollarda sürücülərin nəqliyyat vasitəsini daha diqqətlə idarə etməsinə səbəb olacaq. Avropa İttifaqı ölkələrində sürücülük vəsiqələrində “GCL”, yəni, eynək və ya kontakt linzaları ifadəsi qeyd olunur, həmçinin “eynək” işarəsi təsvir olunur. Bu o deməkdir ki, sürücü avtomobili eynəklə və ya kontakt linzaları ilə idarə etməlidir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova