Balakəndə məktəbi ildırım vurub.
Hadisə avqustun 24-də Balakən şəhərində qeydə alınıb.
Balakən şəhər 1 nömrəli orta məktəbin sinif otağını ildırım vurub.
Nəticədə yanğın baş verib və stol, stullar, əşyalar yanıb.
Yanğın digər sinif otaqlarına keçmədən söndürülüb. (Lent.az)


