Sosial

Müğənnini təqib edən şəxs saxlanıldı — YENİLƏNİB

Müğənnini təqib edən şəxs saxlanıldı — YENİLƏNİB

Vətəndaş Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.

Araşdırmanın nəticəsinə əsasən həmin şəxs saxlanılıb. Barəsində protokol tərtib edilib. Baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək.

*** 13:58

Müğənni Sevda Sanaliyevanı təqib edən şəxsin kimliyi müəyyənləşib.

Demokrat.azbu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, vətəndaş Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılır: “Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Araşdırmanın nəticəsinə əsasən, qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.

Xatırladaq ki, S. Sanaliyeva tanıdığı şəxs tərəfindən izlənildiyini bildirib. O, yaşadığı binanın qarajında və evinin önündə çəkilən görüntüləri izləyiciləri ilə bölüşüb.

NE
Nihadə Eyyubova