Hadisə Özəl

Qusarda ər arvad arasında DAVA — TƏFƏRRÜAT

Qusarda ər arvad arasında DAVA — TƏFƏRRÜAT

Qusar rayonunda 1970-ci il təvəllüdlü Aqil ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Aydana (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 11 iyul 2022-ci ildə baş verib.

Aqil həmin gün, saat 11 radələrində yaşadığı evə sərxoş vəziyyətdə gəlib və arvadı Aydan ilə barışmaq istəyən zaman onun mütəmadi olaraq spirtli içki qəbul etdiyindən arvadı ilə aralarında mübahisə yaranıb.

Həmin vaxt Aqil əvvəl oturduğu stulla Aydanın belinə vurub.

Daha sonra isə stolun üstündə olan şəkər qabı ilə onun başına qəsdən bir dəfə vurub.

Hadisəni törədən Aqilin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, 2005-ci ildə Aydan ilə ailə həyatı qurub, münasibətləri həmişə normal olub:

“Birlikdə Aydanın Qusar rayonunun kəndində yerləşən fərdi yaşayış evində yaşamışıq. Lakin birgə nigahdan uşaqlarımız olmayıb. Təxminən hadisədən 2-3 il əvvəl Aydan ilə aramızda mübahisələr başladı. Aydan mənim spirtli içkilərə meyilli olduğum üçün dəfələrlə öz iradını bildirib. Buna görə də həmin vaxt Aydan məndən boşanmaq istəsə də, daha sonra məni bağışlayaraq, boşanma fikrindən daşındı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ildə Aydan onunla və ailə üzvləri ilə birlikdə bacısı Vüsalənin övladının Bakı şəhərində baş tutan toy məclisində iştirak etmək üçün Bakı şəhərinə gedib, həmin toy məclisində spirtli içki qəbul edib, sərxoş vəziyyətdə arvadı Aydan ilə mübahisə edib:

“Aydan atası Ariflə birlikdə, mən isə tək başına kəndə qayıtdıq. Həmin vaxt Aydan mənim Bakı şəhərində baş tutan toy məclisində sərxoş vəziyyətdə heç bir əsas olmadan mübahisə etdiyim üçün evə buraxmadı. Mən də həmin gündən küçələrdə qaldım”.

Aqilin ifadəsinə görə, 11 iyul 2022-ci ildə, saat 11 radələrində yaşadığı evə sərxoş vəziyyətdə gəlib və arvadı Aydan ilə barışmaq istəyən zaman sonuncu onun mütəmadi olaraq spirtli içki qəbul etdiyinə görə irad bidirib və aralarında yenidən mübahisə yaranıb:

“Həmin vaxt mən əvvəl oturduğum stulla Aydanın belinə vurdum. Daha sonra isə stolun üstündə olan şəkər qabı ilə başına qəsdən bir dəfə vuraraq, ona xəsarət yetirdim. Bundan sonra Aydan özünə məxsus mobil telefonla qonşumuz Bahara zəng etdi. Lakin başından aldığı xəsarətdən danışa bilmədi. Bahar narahat oldu, onlara gəldi. Aydan evində qapının yanında yerdə qan içində və huşsuz vəziyyətdə olduğunu gördü. Ondan nə baş verdiyini soruşan zaman mən Aydanı vurub xəsarət yetirdiyimi etiraf etdim”.

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Bahar dərhal küçəyə çıxıb qonşuları Möminat və Fəridəni çağırıb, daha sonra isə Aydanın Bakı şəhərində yaşayan bacısına zəng edərək baş vermiş hadisə barədə məlumat verib:

“Təxminən 1 saat sonra Cəmşid idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə Aydanın yaşadığı ünvana gəldik, qonşuların köməyi ilə sonuncunu avtomobilə mindirərək Qusar Rayon Mərkəzi Xəstəxanasına getmək üçün yol çıxdıq. Bundan sonra evə qayıdaraq təkrar spirtli içki qəbul etdim, evi pəncərələrini, kompyuteri və digər əşyaları sındıraraq məhv etdim”.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Aydanın sözlərinə görə, əri hər gün içki içib siqaret çəkərək onu bezdirib:

“Ondan boşanacağımı dedim. Belə dediyimə görə ərim məni vurdu. Ərim əvvəl stulla vurdi, məni yıxıldım, tərpənə və danışa bilmədim. Sonra məni meyvə qabı ilə vurmağından xəbəri olmayıb. Ərim mənə telefonu verərərk “axırıncı dəfə kimə istəyirsən zəng elə” dedi. Mən qonşumuz Bahara zəng etdim. Amma danışa bilmədim Bahar mənə “Aydan bu dəqiqə gəlirəm” dedi. Aqil qaça-qaça gedib qonşuları çağırdı. Sonra Bakıda olan bacıma zəng edərək “sənin bacını az qala vurub öldürmüşəm” dedi. Bacım da qardaşıma zəng edərək məlumat verdi. Əvvəllər də ərim məni döyüb. Ancaq bu dərəcə olmayıb, yumruqla vurub”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Aqil 5 il müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az