Dünya Özəl

Fransada Böyük Saray da daxil 40 muzeyə kiberhücum təşkil edildi

Fransada Böyük Saray da daxil 40 muzeyə kiberhücum təşkil edildi

Paris 2024 Olimpiadasında idman yarışının keçirildiyi Böyük Saray da daxil olmaqla Fransada 40-a yaxın muzeyin informasiya sistemlərinin kiberhücuma məruz qaldığı açıqlanıb.

Demokrat.az xəbər verir ki, avqustun 4-nə keçən gecə dünyaca məşhur Luvr Muzeyi və 40-a yaxın digər muzeylər fidyə proqramı hücumunun hədəfi olub.

Fransanın kibertəhlükəsizliyə cavabdeh olan Milli İnformasiya Sistemləri Təhlükəsizliyi İnstitutu (ANSSI) muzeylərin fidyə proqramı tərəfindən hücuma məruz qaldığını təsdiqləsə də, bu hücumların Olimpiadanın keçirilməsi üçün istifadə edilən informasiya sistemlərinə təsir etməyəcəyini açıqlayıb.

Kibercinayətkarlıqla mübarizə bölmələri hücumla bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Fransa avqustun 11-dək davam edəcək Olimpiadaya ev sahibliyi edir. Parisdə keçirilən və təxminən 16 milyon turistin gözlənildiyi təşkilatda 206 nümayəndə heyətindən 10500 idmançı iştirak edir.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova