“Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoruHabil Vəliyevincinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Fəxri Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 13-ə təyin edilib.
İttihama görə, “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoruHabil Vəliyev bir neçə nəfəri şantaj etməkdə ittiham edilir.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, H.Vəliyev 5 il əvvəl şantaja görə 4 il müddətinə azadlıqdan məhrumedilmişdi.O, bu dəfə də Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş qismində tanınıb.
Fariz Məlikli Demokrat.az


