Daxili siyasət

Prezident kino işçilərini təltif etdi — SİYAHI

Prezident kino işçilərini təltif etdi — SİYAHI

Prezident İlham Əliyev Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Demokrat.az-ın xəbərinə görə, Sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər“Tərəqqi” medalıilə təltif ediliblər:

Cilqamlı Rəmziyə Əkrəmovna

Quliyeva Gülşən Rəsul qızı

Məmmədov Rövşən İsax oğlu

Nəcəfov Bayram Hidayət oğlu

Yunusov Ədalət Məmməd oğlu.

Bundan əlavə, Azərbaycan kinematoqrafiyasının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərəAzərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüverilib:

Qurbanova Firəngiz Ağa Dadaş qızı

Rüstəmov Akif Zabi oğlu.

NE
Nihadə Eyyubova