Hindistanın Carkhand ştatında sərnişin qatarının 18 vaqonunun relsdən çıxması nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, hadisə yerli vaxtla saat 03:39 radələrində baş verib.
Beləki, əks istiqamətdən gələn yük qatarının relsdən çıxaraq Qərbi Benqal əyalətindən Mumbaydakı Chhatrapati Shivaji Maharaj Terminalına gedən sərnişin qatarına çırpılması nəticəsində 5 qatarın hərəkəti ləvğ edilib, marşrut üzrə 4 qatarın hərəkəti qısa müddətə dayandırılıb.
Dəmiryol rəsmiləri sərnişinlərin çoxunun avtobuslarla ən yaxın qatar stansiyasına aparıldığını və başqa qatarda yola davam edəcəklərini bildiriblər.
Rəsmilər qeyd edib ki, relsdən çıxan 18 vaqondan 16-sı sərnişin vaqonu, biri güc vaqonu, digəri isə ərzaq saxlanılan vaqondur.
Zəhra Məmmədova Demokrat.az


