Dünya Özəl

İsrailin təhdidlərindən sonra Beyrutdakı bütün uçuşlar ləğv edildi

İsrailin təhdidlərindən sonra Beyrutdakı bütün uçuşlar ləğv edildi

İsrailin Livana hücum təhdidindən sonra Beyrut Rafik Həriri hava limanında bütün uçuşlar dayandırılıb.

Demokrat.az xəbər verir ki, İsrail ordusu "əllərində olan kəşfiyyat məlumatları və onların qiymətləndirməsi nəticəsində" Colan Təpələrindəki Majdel Şəms qəsəbəsinə atılan raketin Livanın cənubundakı Şeba şəhərinin şimalından atıldığını bəyan edib və Livan Hizbullahının məsuliyyət daşıdığını açıqlayıb.

Livan Hizbullahı Məcdel Şəmsdəki hücumun onlar tərəfindən həyata keçirildiyi ilə bağlı iddiaları təkzib edib və hadisə ilə heç bir əlaqəsinin olmadığını bildirib.

İsrailin baş naziri Binyamin Netanyahu da hücumla bağlı açıqlamasında, “İsrail bu ölümcül hücumu bir kənara qoymayacaq. Hizbullah indiyə qədər heç vaxt ödəmədiyi ağır bədəli ödəyəcək” deyib.

Qeyd edək ki, İsrailin nəzarətində olan Colan Təpələrindəki Majdel Şəms qəsəbəsində futbol meydançasına raketin düşməsi nəticəsində aralarında uşaqların da olduğu 12 nəfərin həyatını itirdiyi, 17-si ağır olmaqla 35 nəfərin yaralandığı açıqlanıb.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova