Dünya

Türkiyənin bu vilayətində meşə yanğını başlayıb

Türkiyənin bu vilayətində meşə yanğını başlayıb

Türkiyənin Adana vilayətinin Kozan rayonunda meşədə güclü yanğın baş verib.

Demokrat.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, saat 4 radələrində başlayan və küləyin təsiri ilə böyüyən yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə davam edir. Bölgədə 10-a yaxın evin sakinləri təxliyə ediliblər.

NE
Nihadə Eyyubova