Sosial

“Saville” makaronu ilə bağlı yayılan görüntülər həqiqəti əks etdirmir"

“Saville” makaronu ilə bağlı yayılan görüntülər həqiqəti əks etdirmir

“Azərsun Holdinq” “Saville” makaronu ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirib.

Şirkətdən Demokrat.az-abildirilib ki, görüntülər həqiqəti əks etdirmir, makaron məhsulları çoxmərhələli yoxlamalardan keçərək insan əli dəymədən havasız paketlərə qablaşdırılıb.

“Bunu nəzərə alaraq belə bir hadisənin baş verməsinin qeyri-mümkün olduğunu əminliklə söyləmək olar. Bəzi media orqanlarının bu saxta məlumatın yayılmasında rol oynayaraq insanları çaşdırmasından təəssüfümüzü bildiririk. Məsələ ilə bağlı zəruri dəlillər toplanılaraq hüquq-mühafizə orqanlarına müraciət ediləcək” - şirkətin açıqlamasında bildirilir.

NE
Nihadə Eyyubova