Avroliqanın qrup mərhələsinin ikinci turu çərçivəsində səfərdə Lüksemburq "Düdelanj"ı ilə qarşılaşma zamanı yaranan qalmaqaldan sonra Rəşad Sadıqovun azərbaycanlı azarkeşlərlə olan qısa söhbətinni videosu yayılıb.
R.Sadıqov azarkeşlərə yaxınlaşaraq bu sözləri deyib:
"Son xəbərdarlığı etdilər. Xahiş edirəm hamıdan, heç kim meydana girməsin. Bizə də, Azərbaycana da, "Qarabağ"a da ən önəmlisi üç xalı qazanmaqdır".
Qeyd edək ki, sözügedən oyunda qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağı dronla "Düdelanj"ın stadionunda gəzdirilmiş və oyun dayandırılmışdı. Yalnız bu ölkənin idman nazirinin təmsilçimizdən üzr istəməsindən sonra futbolçularımız meydana çıxmışdılar. ("Ölkə.Az")