Kriminal

Yasamalda uşaq bağçasından oğurluq edildi

Yasamalda uşaq bağçasından oğurluq edildi

Yasamal rayonu ərazisində yerləşən uşaq bağçalarından birinin divarından kombi aparatının oğurlanması barədə polisə məlumat daxil olub.

Demokrat.az-a DİN-ə istinadən xəbər verir ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən O. Abdullayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

NE
Nihadə Eyyubova