Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Kiyevdə hakimiyyətin köklü dəyişməsi üçün Ukraynada nizamlanma üzrə danışıqları stimullaşdıra biləcəyini hesab edir.
Demokrat.az xəbər verir ki, o bu barədə Telegram kanalında qeyd edib
Onun sözlərinə görə, əgər “yeni, üçüncü qanlı Maydan” başlayarsa, o, “hazırkı xuntanı süpürüb aparacaq və hakimiyyətə daha radikal birini gətirəcək”.
”Sonra, nə qədər qəribə olsa da, danışıqlar üçün şərtlər, o cümlədən təslim olmaq məsələsi yarana bilər”, - deyə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib.
Qeyd edək ki, 3 gün əvvəl Rusiyanın Ukraynanın Kiyev şəhərinə hücumu nəticəsində onlara ukraynalı ölüb, yüzlərlə vətəndaş yaralanıb.
Şahanə Xankişiyeva Demokrat.az


