Dünya Özəl

“Gənc deyiləm, amma nə etməli olduğumu bilirəm” — Bayden

“Gənc deyiləm, amma nə etməli olduğumu bilirəm” — Bayden

Qəribə hərəkətləri və çıxışları ilə gündəm olan ABŞ prezidenti Co Bayden 5 noyabr prezident seçkiləri öncəsi rəqibi Donald Trampla ilk canlı yayım debatı ilə bağlı aldığı tənqidlərdən sonra Şimali Karolina ştatında seçki kampaniyası zamanı maraqlı açıqlamalar verib.

Demokrat.az xəbər verir ki, çoxsaylı səhvlərə yol verən Bayden “Gənc deyiləm, amma nə etməli olduğumu bilirəm” deyib.

Əvvəlki kimi rahat yeriyə və danışa bilmədiyinin fərqində olduğunu bildirən Bayden çıxışında "Milyonlarla amerikalı kimi mən də yıxılanda ayağa qalxmağı bilirəm" ifadələrindən istifadə edib.

İqtisadiyyatı gücləndirmək və dünyanı "Rusiya Prezidenti Vladimir Putin kimi insanlara qarşı" qorumaq üçün nə etməli olduğunu bildiyini deyən Bayden "Bu işi bacara biləcəyimə inanmasaydım, yenidən namizəd olmazdım. Amma risk çox böyükdür. Donald Tramp bu ölkə, azadlığımız və demokratiyamız üçün real təhlükədir. Mən bu seçkidə qalib gəlmək niyyətindəyəm” deyib.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova