Sosial

Bu yolda diqqətli olun – Təmir

Bu yolda diqqətli olun – Təmir

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 01-05 oktyabr tarixlərində Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-120-ci km-lik hissəsində (hər iki istiqamət üzrə) təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

Bu barədə Demokrat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumatda bildirilib.

Bu üzdən sürücülərdən magistral yolun sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

D
demokrat.az