Siyasət

Ukrayna XİN Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edənləri cəzalandıracaq

Ukrayna XİN Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edənləri cəzalandıracaq

Ukrayna vətəndaşları Dağlıq Qarabağ, Abxaziya və Tsxinvali bölgəsi / Cənubi Osetiya, eləcə də onlara yanaşı ətraf ərazilərə baş çəkmək qərarına gəldikdə Azərbaycan Respublikası və Gürcüstan qanunvericiliyini əldə rəhbər tutmalıdırlar.

Bu barədə Ukrayna XİN-nin bəyanatında deyilir.

“Bu qanunvericiliyin pozulması inzibati və cinayət məsuliyyəti daşıyır”, - deyə bəyanatda bildirilir.

Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının və Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəyişilməz qaydada dəstəklədiyi vurğulanır.

Qeyd edilir ki, Ukrayna XİN-nin rəsmi saytında Dağlıq Qarabağın (Azərbaycan Respublikası) işğal edilmiş ərazisinə və ətraf ərazilərə daxil olmaq, eləcə də Abxaziya və Tsxinvali bölgəsinə /Cənubi Osetiyaya (Gürcüstan) səfər etmək qaydası yerləşdirilib.

D
demokrat.az