Türkiyənin Hatay vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə “AFAD” məlumat yayıb.
Bildirilib ki, 4.1 bal gücündə zəlzələ Hatayın Samandağ rayonunda baş verib.
Saat 10.37-də baş verən zəlzələ 6.02 kilometr dərinlikdə qeydə alınıb.
Yeraltı təkanlar nəticəsində dağıntı və ya təlafat qeydə alınmayıb.
Aysu Demokrat.az


