Kriminal Özəl

Ağdamda 4 il əvvəl qızını öldürən atanın məhkəməsi başlayır

Ağdamda 4 il əvvəl qızını öldürən atanın məhkəməsi başlayır

Ağdamda 24 yaşlı qızını qətlə yetirməkdə təqsirli bilinən Şikar Nəcəfov və ögey anası Ramilənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın 2020-ci ilin aprelin 29-da itkin düşməsi faktı üzrə Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdə yatdığı zaman qisas məqsədilə 1965-ci il təvəllüdlü atası Şikar Nəcəfov və ögey anası 1983-cü il təvəllüdlü Ramilə Nəcəfova tərəfindən boğularaq və bədəninin müxtəlif nahiyələrinə dəmir parçası ilə vurularaq qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Nəcəfov Şikar Süleyman oğlu qızını 4 il əvvəl qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.

Hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova