Dünya Özəl

Yeni Kaledoniyada polis etirazçılardan birini güllələdi

Yeni Kaledoniyada polis etirazçılardan birini güllələdi

Yeni Kaledoniyada Fransa hökumətinin konstitusiya islahatlarına razılaşmayan şəxslərə qarşı əməliyyatlar davam edir.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, son əməliyyatlar zamanı 48 yaşlı bir nəfər polis gülləsinə tuş gəlib.

Bununla da bölgədə həyatını itirənlərin sayı 7 nəfərə yüksəlib.

Səlahiyyətlilər bildirib ki, hazırki vəziyyətlə əlaqədar Noumea hava limanı mayın 28-dək bağlı qalacaq.

Bundan əlavə, Yeni Kaledoniyanın Grande Terre şəhərində iyunun 17-dək təhsil dayandırılacaq.

Aysu Demokrat.az

D
demokrat.az