Hadisə

Bakıda avtomobillər toqquşub: Xəsarət alanlar var

Bakıda avtomobillər toqquşub: Xəsarət alanlar var

Bakının Yasamal rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.azxəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Hüseynov Əfqan Azər oğlu və 2001-ci il təvəllüdlü Hüseyinli Əli Yalçın oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

D
demokrat.az