Sosial

Hava limanı yolunda sürət həddi bərpa edildi

Hava limanı yolunda sürət həddi bərpa edildi

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

*** 23:27

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Demokrat.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Eyni zamanda, məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

D
demokrat.az