Uzun müddətdir ki, ABŞ-də yaşayan türkiyəli aktrisa Ahu Tuğba Los-Ancelesdə yol qəzası keçirib.
Demokrat.az xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb.
Bildirilib ki, Yeşilçamın məşhur siması dərhal xəstəxanaya yerləşdirilib.
Qəzada qabırğaları qırılan sənətçi 8 saat davam edən əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib.
Qeyd edək ki, aktrisanın vəziyyətinin stabil olduğu və müalicəsinin reanimasiyada davam etdiyi bildirilir.
Aysu Demokrat.az


