Gündəm Özəl

Cahit Bağçı: Azərbaycanda yeni təhsil ocağı istifadəyə veriləcək

Cahit Bağçı: Azərbaycanda yeni təhsil ocağı istifadəyə veriləcək

“Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin yeni bir kampusu fəaliyyətə başlayacaq”.

Demokrat.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Beynəlxalq Maarif Məktəbində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, hazırda sözügedən təhsil mərkəzinin yeni kampusu Bakı şəhərinin Gənclik ərazisində fəaliyyətə başlayacaq:

“Hazırda Maarif Məktəbimizin bir kampusu Nəsimi rayonu ərazisində fəaliyyət göstərir. Həmçinin kifayət qədər şagirdin elm və təhsil həyatının inkişafına stimul verir.

Koronavirus dövründə fəaliyyətimiz zəifləmək əvəzinə daha da inkişaf etdi. Bunun nəticəsidir ki, artıq yeni kampuslarımız fəaliyyətə başlayacaq. Onu da qeyd edə bilərik ki, yeni təhsil ocağı Gənclik ərazisində yerləşəcək və məktəblilər burada mühüm imkanlardan yararlana biləcək”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova