Gündəm Özəl

Ermənistan "Ukraynalaşacaq"... — Ssenari təkrarlanır

Ermənistan Ukraynalaşacaq... — Ssenari təkrarlanır

“Qərb bilərəkdən Ermənistan üçün Ukrayna ssenarisi yazmır”.

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

O qeyd edib ki, proseslərin inkişafı həmin ssenarinin təkrarlanacağını göstərir:

“Uzun müddət davam edən Rusiya-Ukrayna məsələsi 2022-ci ildən müharibəyə çevrildi. Hazırda Ukrayna poliqona çevrilib. Əslində orada Rusiya ilə Ukrayna mübarizə aparmır, Qərblə Rusiya mübarizə aparır. Ermənistanda da eyni ssenarisinin daha dəhşətli olması ehtimalı var. Ukraynanın Qərbə çıxışı var, amma Ermənistanın yox. Ermənistanın çıxışı Rusiya və İrandır. Son proseslər isə Rusiyanın qəzəbinə səbəb olub. Rusiyanın heç hərbi hücum etməsinə ehtiyac yoxdur. Tək də iqtisadiyyatı zəiflətməsi Ermənistana bəs edir. Qərbin verdiyi milyonlar belə bu məsələni həll edə bilməz. Bu fonda Ermənistan Ukrayna ssenarisinə doğru gedir. Nəticə kimi Ermənistan da Ukrayna kimi poliqona çevriləcək. Bunun ən pis tərəfi isə bu qarşıdurmanın Cənubi Qafqaza təsiridir. Aparılan addımlar, gedən proseslər davam edərsə Ermənistan Ukraynalaşacaq”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova