Region Özəl

Ərdoğan indoneziyalı həmkarı ilə danışdı

Ərdoğan indoneziyalı həmkarı ilə danışdı

Prezident Rəcəb Tayyib Ərdoğan İndoneziyanın seçilmiş prezidenti Prabovo Subianto ilə telefon danışığı aparıb.

Demokrat.az xəbər verir ki, bu barədə Rabitə Müdirliyindən məlumat verilib.

Məlumata görə, danışıq zamanı Türkiyə ilə İndoneziya arasındakı ikitərəfli əlaqələr və qlobal hadisələr müzakirə edilib.

Subiantonu seçkidə qazandığı qələbə münasibətilə təbrik edən prezident Ərdoğan, Türkiyə ilə İndoneziya arasındakı köklü əlaqələrin yeni dövrdə daha da inkişaf edəcəyini bildirib.

Həmçinin, tərəflərin bütün sahələrdə, xüsusilə müdafiə sənayesi, hərbi, ticarət və maliyyə əlaqələrinin inkişaf edəcəyinə inandığını vurğulayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova