İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 33 min 137 nəfərə yüksəlib.
Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 46 fələstinlinin həyatını itirdiyi, 65 fələstinlinin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil edilən hücumlarda ölənlərin sayı 33 min 137-yə, yaralıların sayı isə 75 min 815-ə yüksəlib.
Aysu Demokrat.az


