Sosial

Beynəlxalq Meşələr Günündə 42 mindən artıq ağac əkilib

Beynəlxalq Meşələr Günündə 42 mindən artıq ağac əkilib

Beynəlxalq Meşələr Günü ilə bağlı bu gün meşə fondu torpaqlarında 42 mindən artıq ağac əkilib.

Bu barədə Demokrat.az-a Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov məlumat verib.

O bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları hər bölgənin torpaq-iqlim şəraitinə uyğun 42 730 ədəd müxtəlif cinsli ağac tingi əkib: “Əkilən ağaclar mərkəzlərin tinglik sahələrində yetişdirilib".

Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 21-i Beynəlxalq Meşələr Günü kimi qeyd olunur.

Beynəlxalq Meşələr Günündə 42 mindən artıq ağac əkilib
Beynəlxalq Meşələr Günündə 42 mindən artıq ağac əkilib

D
demokrat.az