Dünya Özəl

Tısbağa yeyən 8 nəfər öldü, onlarla şəxs xəstəxanaya yerləşdirildi

Tısbağa yeyən 8 nəfər öldü, onlarla şəxs xəstəxanaya yerləşdirildi

Afrikanın Hind okeanındakı Pemba adasında dəniz tısbağası yeyən 78 nəfər xəstəxanaya yerləşdirilib, 8 nəfər ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, turistlərin çox bəyəndiyi dəniz tısbağası əti Pemba şəhərində ölümlərə səbəb olub.

Belə ki, zəhərlənmə səbəbindən 8 nəfər ölüb, 78 nəfər xəstəxanaya yerləşdirilib.

Səlahiyyətlilər xəstələrin hamısının dəniz tısbağasının ətini yediyini təsdiqləyib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova